Mayın 21-də keçirilən hərraca çıxarılan əmlaklara 164 sifariş qəbul edilib ki, bunlardan 32-si elektron qaydada qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi və 34 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraclar rəqabətli keçib. Belə ki, start qiyməti 2.000 manat olan “Tofaş Şahin” markalı avtomobil 4.600 manata, 3.500 manat olan “Hyundai Getz” markalı nəqliyyat vasitəsi isə 5.200 manata satılıb. Bununla yanaşı, hərracda "Biləsuvar Broyler" ASC-nin 30,08 faizlik səhm paketi satılıb.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN  linki vasitəsilə tanış olmaq olar.

Cari ay üçün növbəti hərrac 29 may tarixində keçiriləcək. İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.