İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarus Respublikasının antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksey Boqdanov və sənaye naziri Aleksandr Roqojniklə görüşüb.

Görüş zamanı Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin möhkəmlənməsindən məmnunluq ifadə edilib və iqtisadi gündəlikdəki məsələlərin reallaşdırılması üçün geniş perspektivlərin olduğu qeyd edilib, Azərbaycanda həyata keçirilən antiinhisar yönümlü islahatlar barədə məlumat verilib.

Tərəflər həmçinin iki ölkə arasında ticarətin genişləndirilməsi, sənaye, istehsalın lokallaşdırılması, standartlaşdırma sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.