Mayın 14-də keçirilən hərraca çıxarılan əmlaklara 43 sifariş qəbul edilib ki, bunlardan 12-si elektron qaydada qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://bit.ly/4bA4XYp linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ilin 21 və 29 may tarixlərində keçiriləcək növbəti hərraclara 135 nəqliyyat vasitəsi, avadanlıqlar çıxarılacaq.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.