07 iyun 2024-cü il tarixində saat 12:00-da təkrar gömrük hərracına çıxarılan dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin siyahısı
Sıra sayı | Kateqoriya | Əlaqəli şəxs | Start qiyməti (manatla) | 5% beh (manatla) | İştirak haqqı 0,5% (manatla) |
1 | 3 ədəd texnika (siyahı əlavə olunur) | Əsədov İdrak 0552997673 | 27500 | 1375,00 | 137,50 |
Hərrac 07 iyun 2024-cü il tarixində saat 12:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir. | |||||
Qeyd: • Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 5%-i həcmində beh və iştirak haqqını ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (hər həftənin cümə axşamı, saat 14:00-17:00). Əmlaklar "Azərterminalkompleks" Birliyinin anbarında yerləşir. • Siyahıda qeyd olunmuş nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxır. • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.4-cü bəndinə əsasən gömrük hərraclarında iştiraka görə hərrac iştirakçılarından əmlakın ilkin satış qiymətinin 0,5 faizindən çox olmamaq şərtilə iştirak haqqı alınır. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər. · Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.2-ci bəndinə əsasən Gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər. • Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 5% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 iş günü qalanadək qəbul edilir. • Nəqliyyat vasitələrinin açarı və qeydiyyat şəhadətnaməsi, cərimə və girov barədə məlumat yoxdur. • Sifarişə aşağıdakı sənədlər əlavə edilməlidir: - hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarışın surəti; - fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti; - aşağıdakı hesaba 5% behin köçürülməsini təsdiq edən sənədin surəti; |
|||||
Beh və İştirak haqqının ödənilməsi üçün hesab nömrəsi: | |||||
Müştəri adı HƏRRACLARIN TƏŞKİLİ MƏRKƏZİ PHŞ VÖEN 1505677031 Hesab nömrəsi AZ23AZRT38090049440265368001 Alanın bankı Azər-Türk Bank Müştəri Xidmətləri Mərkəzi Ünvan Bakı şəhəri, C.Məmmədquluzadə küç.85; 192/193 Bankın kodu 507699 VÖEN 9900006111 Müxbir hesab AZ02NABZ01350100000000022944 SWIFT kod AZRTAZ22XXX | |||||
Ünvan: Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk 20 | |||||
Tel: 195-1 |