Hərraclarda 20 nəqliyyat vasitəsi satılıb
6 və 7 may tarixlərində keçirilmiş hərraclara çıxarılan əmlaklara ümumilikdə 84 sifariş qəbul edilib. Bunlardan 25-i elektron qaydada qeydə alınıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərraclarda 20 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraclar rəqabətli keçib. Belə ki, ilkin qiyməti 9.900 manat olan “Volkswagen Passat” markalı avtomobil 11.000 manata satılıb. Start qiyməti 1.200 manat olan “Nissan Sunny” markalı nəqliyyat vasitəsi isə 3.600 manata özəlləşdirilib.
Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Cari ay üçün nəqliyyat vasitələri üzrə növbəti hərraclar 14, 17, 21 və 29 may tarixlərində keçiriləcək.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, əmlakın ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.