İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88.013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu göstəricinin 13.540-ı (15,3%) ilkin, 74.473-ü isə (84,7%) isə təkrar qeydiyyatın payına düşür.
 
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2024-cü ilin birinci rübündə fərdi yaşayış və bağ evi üzərində 12.786, mənzil üzərində 19.234, torpaq sahəsi - 53.279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi - 1.814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21.664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin ilk 3 ayı ərzində 64.842 texniki pasport tərtib edilib, 16.537 ipoteka müqaviləsi qeydiyyata alınıb.