Könüllülük fəaliyyəti haqqında
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində də gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, əmək vərdişlərinin aşılanması məqsədilə könüllü fəaliyyəti həyata keçirilir. Könüllülər Dövlət Xidmətinin struktur bölmələrinin və qurumlarının fəaliyyətinin səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olur, müxtəlif tapşırıqları icra edir, iş təcrübəsi qazanırlar.
İndiyədək Əmlak Məsələləri Dövlət Xidmətində 1000-dən çox gənc könüllü fəaliyyətinə cəlb olunub. Təkcə, son 3 ildə Dövlət Xidməti üzrə könüllü olaraq fəaliyyət göstərən 535 gəncdən 280-i işə qəbul edilib.