Siyasi partiya ofis sahəsi ilə təmin olunub

Dövlət başçısının tapşırığına uyğun olaraq, siyasi fəaliyyətin daha əlverişli şəraitdə yerinə yetirilməsi, iş imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

Bu prosesin davamı olaraq, aprelin 8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Demokrat Partiyasına ofis sahəsi təqdim edilib. Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.











StatCounter - Free Web Tracker and Counter