“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası artıq bölgələrə doğru istiqamətlənib
Qeyd edək ki, rayonun bütün kənd və qəsəbələrindən olan sakinlər mobil ofislərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı müraciət edə bilər. Aksiya zamanı qeydiyyat xidmətlərinin göstərilməsi ilə yanaşı, tələb olunan sənədlər, xidmət haqqı və rüsumun miqdarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq. Müasir standartlara cavab verən avtobuslarda keyfiyyətli xidmətin təşkili daha çox sakinin qeydiyyat xidmətindən istifadəsini reallaşdırır, vətəndaş məmnunluğunu təmin edir.