Bu ilin yanvar ayı ərzində 29.825 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 29.825 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu göstəricinin 4664-ü (15,6%) ilkin, 25.161-i (84,4%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası
2024-ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində 4.065, mənzil üzərində 6.477, torpaq sahəsi üzərində 18.447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7.338-i Bakının, qalanı isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin ilk ayı ərzində 21.567 texniki pasport tərtib edilib. Yanvar ayında 5.823 ipoteka müqaviləsi qeydiyyata alınıb.