Cəlilabadda vətəndaş qəbulu keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Cəlilabadda Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarının sakinlərini qəbul edib. Qəbulda 61 vətəndaş iştirak edib.
Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı qaldırılan bəzi məsələlər dərhal həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub.
Vətəndaş qəbulunun digər şəhər və rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.