Sahibkar icarəsində olan qeyri-yaşayış sahəsini necə özəlləşdirə bilər?
İlk növbədə icarəçi icarəyə götürdüyü dövlətə məxsus qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edir. Sonra Xidmət tərəfindən qanunvericiliyə uyğun olaraq, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün icarəçiyə təklif olunması barədə qərar qəbul edilir və bu barədə icarəçiyə bildiriş göndərilir. İcarədar bildirişdə qeyd olunan şərtlərlə razılaşdığı təqdirdə onunla alqı-satqı müqaviləsi bağlanılır.