Növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb
Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Nəqliyyat vasitələrinin birinə edilən son təklif start qiymətindən 4 dəfə çox olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 13-də keçirilən növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 74 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “İveco” markalı avtobusun start qiyməti 7.500 manat olsa da, son təklif 28.200 manata yüksəlib. İlkin qiyməti 3.500 manat olan “VAZ-21214” markalı avtomobil isə 4.800 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38pZ6E linki vasitəsilə tanış olmaq olar.