Rəqabət şəraitində keçən hərraca çıxarılmış nəqliyyat vasitələrinə ümumilikdə 143 sifariş olub.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 6-da təşkil edilən növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.  

Hərrac rəqabətli keçib. Belə ki, “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1.275 manat olsa da, son təklif 7.800 manata yüksəlib. İlkin qiyməti 6.750 manat olan “Mercedes Benz Vito” isə 9.500 manata özəlləşdirilib.
Bu hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 91.075 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38afiC linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti hərraclar  20 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, 4 səhmdar cəmiyyətinin səhm paketi və 1 kiçik dövlət müəssisəsi çıxarılacaq.