9 və 13 fevral tarixlərində hərrac keçiriləcək
Növbəti hərraclara 43 əmlak çıxarılıb, iştirakçılara qeyri-yaşayış sahəsinə, nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılacaq.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 9 fevral tarixində keçiriləcək hərraca "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan 1 fərdi yaşayış evi, 2 torpaq sahəsi və 8 qeyri-yaşayış sahəsi çıxarılacaq.
13 fevral tarixində keçiriləcək hərraca 32 nəqliyyat vasitəsi çıxarılacaq. Nəqliyyat vasitələri əsasən Rusiya, Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1980-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.