Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Xaçmaz və Zaqatalada vətəndaş qəbulu keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 26-da publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin inzibati binasında (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, 9A) Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları, yanvarın 30-da isə publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Faiq Əmirov küçəsi, 173) Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər 5 saylı Xaçmaz Ərazi İdarəsinə (telefon: 02332-5-00-18, elektron ünvan: dedkr.5sayli@emlak.gov.az) və 18 saylı Zaqatala Ərazi İdarəsinə (telefon: 02422-4-00-63, elektron ünvan: (dedkr.18sayli@emlak.gov.az) müraciət edə bilərlər.