Şirvanda vətəndaş qəbulu keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Şirvanda Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib. Qəbulda 13 vətəndaş iştirak edib.
Qəbula gələnlər daşınmaz əmlakın qeydiyyatı, kadastrı, torpağın təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub.
Vətəndaş qəbulunun digər şəhər və rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.