Yerin təkindən istifadə ilə bağlı 15 dekabr 2023-cü il tarixində keçirilmiş auksionla bağlı məlumat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin 2023-cü il 03 noyabr tarixli 320/ü nömrəli əmri ilə yaradılmış hərrac komissiyasının 18 yanvar 2024-cü il tarixli qərarı ilə Şamaxı rayonu ərazisində yerləşən “Yuxarı Pirsaatçay” qum-çınqıl yatağı üzrə yerin təkindən istifadə ilə bağlı 15 dekabr 2023-cü il tarixində keçirilmiş LOT-1, LOT-2, LOT-3, LOT-4, LOT-5, LOT-7, LOT-8, LOT-9, LOT-11, LOT-12, LOT-13 üzrə auksionun nəticələri ləğv edilmişdir.