Yanvarın 16-da keçirilən hərracda avtomobillər rəqabətli şəkildə satılıb.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 6 nəqliyyat vasitəsi özəlləşdirilib.

Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Hərracda satılan avtomobillərə edilən təklif start qiymətindən çox olub. Belə ki, “Nissan Altima” markalı avtomobilin ilkin qiyməti 4.700 manat olsa da, ən son təklif 6.400 manata yüksəlib. Start qiyməti 1.000 manat olan “QAZ 3102” markalı avtomobil isə sonda 3.000 manata satılıb. 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37o23E linki vasitəsilə tanış olmaq mümkündür.

Cari ay üzrə növbəti hərraclar 23 və 30 yanvar tarixlərində keçiriləcək.