Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Lənkəranda keçirləcək qəbulun vaxtı dəyişdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərovun 10 saylı Lənkəran Ərazi İdarəsinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi, 84 a) keçirilməsi nəzərdə tutulan Lənkəran şəhərinin, Astara və Lerik rayonlarının sakinlərinin qəbulu tarixi yanvarın 23-nə dəyişdirilib.
Yanvarın 18-də isə publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 60) Cəlilabad, Biləsuvar və Masallı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər 8 saylı Cəlilabad Ərazi İdarəsinə (telefon: 055 249-49-23, elektron ünvan: dedkr.8sayli@emlak.gov.az) və 10 saylı Lənkəran Ərazi İdarəsinə (telefon: 050 369-20-43; (2525) 4-71-46, elektron ünvan: dedkr.10sayli@emlak.gov.az) müraciət edə bilərlər.