23 və 30 yanvar tarixlərində keçiriləcək hərraclara 20 dövlət əmlakı çıxarılacaq, iştirakçılara səhmdar cəmiyyətlərinin səhm paketinə, nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılacaq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 23 yanvar tarixində keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi, 5 nəqliyyat vasitəsi, 30 yanvar hərracına isə 10 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərracda iştirak edəcək şəxslər yüngül və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunların arasında “Ağdaş Quşçuluq”, “Biləsuvar Broyler” və “Zaqatala Fındıq” kimi səhmdar cəmiyyətləri də vardır. 

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 93.970 manatla 1.120.118 manat arasında dəyişir.    

23 və 30 yanvar tarixlərində keçiriləcək hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya və Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1989-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.