Sıra sayı Səhmdar cəmiyyətinin
adı və təsis tarixi
Səhmdar cəmiyyətinin hüquqi ünvanı Nizamnamə kapitalının həcmi (manat) Buraxılmış səhmlərin ümumi sayı          (ədəd) Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər             Satışa çıxarılan səhmlərin nominal dəyəri  (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)
İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında
 %-lə
1 Ağdaş Quşçuluq  №463     23.03.1998 Ağdaş rayonu, Qaradağlı kəndi 677482.20 338741 2.00 101662 30.01 203324.00 101662.00 10166.20
2 Bərəkət №180 30.04.1997 Naftalan şəhəri, Ş.Qurbanov küçəsi 93970.40 93970 1.00 28200 30.01 28200.00 14100.00 1410.00
3 Biləsuvar Broyler  №388   02.03.1998  Biləsuvar rayonu, Nəsimi kəndi 297458.00 148729 2.00 44733 30.08 89466.00 44733.00 4473.30
4 Salyan broyler №376  26.12.2000 Salyan rayonu, Xələc kəndi 1120118.00 560059 2.00 168225 30.04 336450.00 168225.00 16822.50
5 Zaqatala Fındıq  №25   06.01.1998 Zaqatala şəhəri,Azərbaycan prospekti, 37 838868.80 419434 2.00 125992 30.04 251984.00 125992.00 12599.20
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş  hüquqi və fiziki  şəxslər iştirak edə bilərlər.
Sifarişlər  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək  qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və  emissiya prospektləri (özəlləşdirmə planları)  ilə  Hərracların Təşkili Mərkəzində  tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına   hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
  -müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
  -müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
 (pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında  Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
  -hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 
  -fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
  Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq investisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
 Pul hərracı 2024-cü il yanvar ayının 23-də saat 09:30-da  Əmlak Xidmətləri Məkanında (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 195-1 nömrəli Çağrı Mərkəzi  vasitəsilə  və Xidmətin privatization.az  portalından ala bilərsiniz.