9 və 16 yanvar tarixlərində hərrac keçiriləcək
Növbəti hərraclara 55 nəqliyyat vasitəsi çıxarılacaq. İstehsal tarixi 1982-2014-cü illər, start qiyməti 250-13.000 manat arasında dəyişən avtomobillər əsasən Yaponiya və Rusiya istehsalıdır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 9-da keçiriləcək hərraca 45, 16 yanvar hərracına isə 10 avtomobil çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar.