Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova dekabrın 14-də Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Şəmkir Ərazi İdarəsinə (telefon: 051 9162418, elektron ünvan: dedkr.11sayli@emlak.gov.az ) və Tovuz Ərazi İdarəsinə (telefon: 055 223 14 29, elektron ünvan: dedkr.15sayli@emlak.gov.az ) 12 dekabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.