Rəqabət şəraitində keçən hərraca çıxarılmış nəqliyyat vasitələrinə ümumilikdə 138 sifariş qəbul edilib.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 5-də keçirilən növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb.  

Hərrac rəqabətli olub. Belə ki, “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1.530 manat olsa da, ən son təklif 10.000 manata yüksəlib. İlkin qiyməti 900 manat olan “Traktor MTZ” isə 6.000 manata özəlləşdirilib.

5 dekabr hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 92.074 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36wUWg  linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti özəlləşdirmə hərracları dekabrın 12-si, 19-u və 21-də keçiriləcək. Hərraclara 130 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan əmlaklar arasında gəmi də var.