Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Abşeronda vətəndaşları qəbul edib
Komitə sədri müraciətlərdə qaldırılan bəzi məsələlərin operativ həlli üçün müvafiq göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, bu məsələlərin həlli üçün zəruri addımların atılacağı bildirilib. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb və nəticələri barədə onlara məlumat veriləcəyi bildirilib. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri Kərəm Həsənov tərəfindən qəbul edilib.
Vətəndaş qəbulunun keçirilmə tarixi və yeri barədə öncədən müvafiq elan verilib və qeydiyyat üçün əlaqə vasitələri göstərilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən belə vətəndaş qəbullarının təşkili və vətəndaşların müraciətlərinə baxılması növbəti aylarda da davam etdiriləcəkdir.