İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 21-də növbəti hərrac keçirilib. Hərracda 9 nəqliyyat vasitəsi satılıb.

Özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı  və yekun satış qiyməti ilə https://clck.ru/36iFgs linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək növbəti nəqliyyat hərracına 33 avtomobil çıxarılacaq.

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.