Noyabrın 28-də və dekabrın 5-də hərrac keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 28-də təşkil olunacaq hərraca 33 avtomobil çıxarılacaq. İstehsal tarixi 1988-2012-ci illər, start qiyməti 3.000-22.000 manat arasında dəyişən avtomobillər Rusiya, Almaniya və Yaponiya istehsalıdır.
Dekabrın 5-də keçiriləcək hərraca isə 43 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1985-2013-cü illər arasında, start qiyməti 500-13.500 manat arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar.