ƏMDX-nin nümayəndələri Mingəçevir Dövlət Universitetində olublar
ƏMDX-nin əməkdaşları ilə Mingəçevir Dövlət Universitetinin tələbələri arasında görüş keçirilib. Görüşdə karyera imkanları barədə məlumat verilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin əməkdaşları Mingəçevir Dövlət Universitetində olub, ikitərəfli əməkdaşlığın potensial istiqamətləri müzakirə edilib.
Universitetin müəllim, tələbə, magistr və məzunlarının iştirakı ilə keçirilən görüşdə tələbə və məzunların karyera inkişafını dəstəkləyən təşəbbüsün əhəmiyyətindən danışılıb.
DƏDKR-nin nümayəndəsi qurumda reallaşdırılan ödənişsiz təcrübə proqramı və işədüzəlmə imkanları barədə ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.