Növbəti hərraclara 98 əmlak çıxarılacaq. İştirakçıların müəssisə və obyektə, nəqliyyat vasitəsinə sahib olmaq imkanı var.

  

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 7-də keçiriləcək hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil çıxarılacaq. Bu dövlət əmlakları arasında yardımçı təsərrüfat və iaşə obyektləri var.

Noyabrın 14-də təşkil olunacaq hərracda iştirakçılara 16 nəqliyyat vasitəsi təklif ediləcək. Avtomobillərin istehsal tarixi 1984-2008-ci illər arasında dəyişir.

Noyabrın 17-də keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi çıxarılacaq.

Noyabrın 21-də keçiriləcək hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq. Nəqliyyat vasitələrinin start qiyməti 375 manatla 16.200 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.