İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova oktyabrın 20-də Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının inzibati binasında (ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti, 102) Goranboy, Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağdaş rayonlarından, həmçinin Naftalan və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Bərdə Ərazi İdarəsinə (telefon: 050 734 03 34, elektron ünvan: dedkr.7sayli@emlak.gov.az) və Yevlax Ərazi İdarəsinə (telefon: 050 654 54 36, elektron ünvan: dedkr.17sayli@emlak.gov.az) 18 oktyabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.