Növbəti hərracda 9 nəqliyyat vasitəsi satılıb
Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə keçirilən hərracda avtomobilə təklif olunan son qiymət start qiymətindən 3,3 dəfə çox olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 9 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə, 68 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “Kia Sorento” markalı avtomobilin start qiyməti 9.000 manat olsa da, son təklif 30.000 manata yüksəlib. Start qiyməti 8.000 manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 19.000 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35wQDn linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə növbəti hərrac oktyabr ayının 10, 17, 24 və 31-i tarixlərində keçiriləcək. Hərraclara 7 səhmdar cəmiyyətinin səhm paketi, 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 90 nəqliyyat vasitəsi çıxarılacaq.