Faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçirilib
Hərracda 13 faydalı qazıntı yatağı istifadəyə verilib. Sifarişlərin çoxluğu hərracı rəqabətli edib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə keçirilən növbəti hərracda Daşkəsən rayonunda yerləşən “Çovdar” (7 ha), Ağstafada “Yuxarı Salahlı” (22 ha), Tovuzda “Aşağı Zəyəmçay” (2 ha), Şəmkirdə “Aşağı Zəyəmçay” (4 ha), Şabranda “Gilgilçayın cənub-qərb cinahı” (18 ha), Siyəzəndə “Gilgilçayın cənub-qərb cinahı” (10 ha) və “Gilgilçay III” (2 ha), Qaxda “Kürmükçay” (18 ha), Qaradağda “Şahqaya” (3,7 ha) və “Şonqar” (7 ha), Tərtərdə “Söylən” (0,8 ha), İsmayıllıda “Bilistan II” (3,1 ha), Qəbələdə “Türyançay III” (4 ha) yataqları istifadəyə verilib.
Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Türyançay III” qum-çınqıl yatağı üzrə təklif 8.000 manatdan 15.000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 118.382 manat olan “Çovdar” keramika xammalı yatağı 121.090 manata istifadəyə verilib.
Hərracın nəticələri ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: https://clck.ru/35tBqB