Kütləvi İnformasiya Vasitələrinin nəzərinə
İclasda İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpur, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, İƏT-ə üzv olan 10 ölkənin yüksəksəviyyəli nümayəndələri, o cümlədən həmin dövlətlərin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirləri iştirak edəcəklər. Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti Ahmet Aksu, İranın Özəlləşmə Təşkilatının prezidenti Mir Ali Aşraf Abdollah Pourihossein, Avropa İttifaqının enerji sahəsi üzrə baş eksperti Erik Somelar, Beynəlxalq Maliyyə Korporasiyasının dövlət-özəl tərəfdaşlığı layihələri üzrə baş eksperti Alibek Abdrəhmanov da tədbirin qonaqları olacaqlar.
Tədbirin keçirilməsindən əsas məqsəd İƏT-ə üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatda bu sahənin perspektivliyinin artırılması ilə bağlı ideya bankının formalaşması, mövcud vəziyyətin dəyərləndirilməsi, investisiyaların cəlb edilməsidir.