Sentyabrın 12-də keçirilən hərracda avtomobillər rəqabətli şəkildə satılıb.

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 6 nəqliyyat vasitəsi özəlləşdirilib.

Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflər start qiymətindən çox olub. Belə ki, “Volkswagen Passat” markalı avtomobilin ilkin qiyməti 9200 manat olsa da, ən son təklif 12600 manata yüksəlib. 5500 manat start qiyməti ilə hərraca çıxarılan “Nissan Sunny” markalı avtomobil isə 9055 manata satılıb. 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35gpet linki vasitəsilə tanış olmaq mümkündür.

Cari ay üzrə növbəti hərraclar 14, 19 və 26 sentyabr tarixlərində keçiriləcək.