Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova sentyabrın 15-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 2) Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Vətəndaşların qəbulu saat 12:00-dan etibarən keçiriləcəkdir.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və (055) 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Lənkəran Ərazi İdarəsinə (telefon: (050) 3692043, elektron ünvan: dedkr.10sayli@emlak.gov.az) 13 sentyabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.


StatCounter - Free Web Tracker and Counter