Növbəti hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 10 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə, 42 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “UAZ” markalı avtomobilin start qiyməti 3 500 manat olsa da, ən son təklif 8 400 manata yüksəlib. Ilkin qiyməti 8 100 manat olan “QAZ 3302” markalı nəqliyyat vasitəsi 8 570 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35QxX7 linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə növbəti hərrac avqustun 29-da keçiriləcək.