İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub. Belə ki, “Nissan Maxima” markalı avtomobil 2 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 3 250 manata satılıb. 

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35Fugq linki vasitəsilə tanış olmaq mümkündür.

15, 22 və 29 avqust tarixlərində keçiriləcək hərraclara 115 əmlak çıxarılacaq.