7 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək Mingəçevir şəhəri,  Heydər Əliyev  prospekti, 67 ünvanında yerləşən “Azərizolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının dəyərinin 15% hissəsinin (769 245.0 manat) əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı keçiriləcəkdir.

Qeyd: Güzəştli satış Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanında ("Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs)  güzəştli satış komissiyası tərəfindən keçiriləcəkdir.

Güzəştli satışın keçirilməsi haqqında əlavə məlumatları "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsdən (telefon: 012-311-01-60),  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir ərazi  şöbəsindən (telefon: 02427-4-45-00) almaq olar.