Dövlət vəsaiti ilə tikilən evlərin sənədləşdirilməsi davam edir
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında Fərmanının icrası istiqamətində görülən tədbirlər davam etdirilir. Mövzu ilə bağlı “Biznes mühiti”nin suallarını "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin sədr müavini Elşad Məmmədov cavablandırır.