İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar

Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur.

2023-cü ilin yanvar-iyun ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı

2023-cü yanvar-iyun ayları ərzində ölkəmizdə 39.093 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.967 və ya 14,6% çoxdur.

2023-cü ilin yanvar-iyun ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar

Hesabat dövrü ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü ilin ilk altı ayı ərzində 21.780 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Hesabat dövründə girov qoyulmuş ümumi 39.093 əmlakdan 8.171-i torpaq sahəsinin, 5.623-ü isə fərdi yaşayış evinin payına düşür.

2023-cü ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləri

Müqavilə sayı

Ümumi göstəricidə payı (faizlə)

Mənzil

21780

55.7%

Torpaq sahəsi

8171

20.9%

Fərdi yaşayış evləri

5623

14.4%

Qeyri-yaşayış sahələri

1339

3.4%

Qeyri-yaşayış binaları

1126

2.9%

Bağ evləri

689

1.8%

Digərlər

365

55.7%

Ümumi

39093

100.0%


Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi Bakıda bağlanılıb

Bu ilin ilk 6 ayı ərzində Bakıda ümumilikdə 20.093 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,4%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5.471 müqavilə), 2 saylı Sumqayıt (2.060 müqavilə), 5 saylı Xaçmaz (2.026 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1.773 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.


İpoteka müqavilələrinin sayına görə ərazi idarələrinin siyahısı

Sıra №

Ərazi idarələri

İpoteka müqaviləsinin ümumi sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

20093

51.4%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

5471

14.0%

3.

2 saylı Sumqayıt Ərazi İdarəsi

2060

5.3%

4.

5 saylı Xaçmaz Ərazi İdarəsi

2026

5.2%

5.

3 saylı Gəncə Ərazi İdarəsi

1773

4.5%

6.

9 saylı Qəbələ Ərazi İdarəsi

1103

2.8%

7.

17 saylı Yevlax Ərazi İdarəsi

768

2.0%

8.

13 saylı Şirvan Ərazi İdarəsi

732

1.9%

9.

7 saylı Bərdə Ərazi İdarəsi

688

1.8%

10.

14 saylı Şamaxı Ərazi İdarəsi

679

1.7%

11.

6 saylı Beyləqan Ərazi İdarəsi

566

1.4%

12.

11 saylı Şəmkir Ərazi İdarəsi

557

1.4%

13.

10 saylı Lənkəran Ərazi İdarəsi

544

1.4%

14.

12 saylı Şəki Ərazi İdarəsi

481

1.2%

15.

15 saylı Tovuz Ərazi İdarəsi

460

1.2%

16.

8 saylı Cəlilabad Ərazi İdarəsi

405

1.0%

17.

16 saylı Ucar Ərazi İdarəsi

349

0.9%

18.

18 saylı Zaqatala Ərazi İdarəsi

338

0.9%

Ölkə üzrə

39093

100.0%


Mənzillərin ən çox girov qoyulduğu bölgələr

2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 93%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (4 müqavilə), 14 saylı Şamaxı (12 müqavilə) və 18 saylı Zaqatala (15 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı

Sıra №

Ərazi idarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

15519

71.3%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

3391

15.6%

3.

2 saylı Sumqayıt Ərazi İdarəsi

1345

6.2%

4.

3 saylı Gəncə Ərazi İdarəsi

715

3.3%

5.

17 saylı Yevlax Ərazi İdarəsi

271

1.2%

6.

13 saylı Şirvan Ərazi İdarəsi

174

0.8%

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

2023-cü ilin ilk altı ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı

Sıra №

Ərazi İdarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

1617

28.8%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

980

17.4%

3.

3 saylı Gəncə Ərazi İdarəsi

484

8.6%

4.

5 saylı Xaçmaz Ərazi İdarəsi

301

5.4%

5.

7 saylı Bərdə Ərazi İdarəsi

265

4.7%

6.

10 saylı Lənkəran Ərazi İdarəsi

223

4.0%

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 9 saylı Qəbələ və 1 saylı Bakı ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (98 müqavilə) və 16 saylı Ucar (127 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı

Sıra №

Ərazi idarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

5 saylı Xaçmaz Ərazi İdarəsi

1578

19.3%

2.

9 saylı Qəbələ Ərazi İdarəsi

945

11.6%

3.

1 saylı Bakı Ərazi İdarəsi

918

11.2%

4.

4 saylı Abşeron Ərazi İdarəsi

906

11.1%

5.

14 saylı Şamaxı Ərazi İdarəsi

556

6.8%

6.

3 saylı Gəncə Ərazi İdarəsi

392

4.8%