MÜSTƏQİL AUDİTORUN HESABATI
“ Sabunçu EİM ” ASC( VÖEN9900031461 ) rəhbərliyiinə
 
Şərti müsbət rəy

 

Mən “ Sabunçu EİM ” ASC( VÖEN9900031461 )(Bundan sonra - "Cəmiyyət")) 31 dekabr 2022-ci il tarixinə maliyyə hesabatlarının auditini aparmışam. Hesab edirəm ki, hesabatımızın “Şərti müsbət rəy üçün əsaslar” bölməsində əks etdirilən məsələnin nəticələri istisna olmaqla, əlavə edilmişməcmu gəlirlər və zərər haqqında hesabat , maliyyə vəziyyətinə dair hesabat,kapitalda dəyişikliklər haqqında hesabat ,pul vəsaitlərinin hərəkəti haqqında hesabat Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq  Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

 

Şərti müsbət rəy üçün əsaslar

Cəmiyyət Maliyyə Hesabatlarını mühasibat uçotunu qanunvericiliyə müvafiq olaraq aparmalıdır. Təqdim olunmuş hesabatın həmin sənədlərə tam müvafiqliyi təmin olunmalıdır. 

Mən auditi  Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və biz digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

 

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Mən diqqəti “Sabunçu EİM”Açıq Səhmdar Cəmiyyətin koronavirus infeksiyasının yayılmasışəraitində və bunun iqtisadi nəticələri ilə bağlı ASC-nin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdim. Hazırki şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.

 

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarınauyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

 

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə  zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına  təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir. 

 

Sərbəst auditor                                                                                  Talıbov Vidadi Musa oğlu

Bakı, Azərbaycan Respublikası

28 may2023-cü il

İcazə :  SA/389___,23 dekabr_2022 il

Rəy AR Auditorlar Palatasında M4hef2ogG0№ ilə qeydə alınmışdır.

 

“ Sabunçu EİM ” ASC( VÖEN9900031461 )

Məcmu gəlirlər və zərər haqqında hesabat 

                                                                      2022-ci il üzrə

Bölmə/

maddə/№-si

Bölmə/Maddələrin adı

Qeyd

Hesabat dövrü

Əvvəlki dövr

60

Əsas əməliyyat gəliri

 

1 560.00

43 734.00

61

Sair əməliyyat gəlirləri

 

128 455,89

92 005,00

 

Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı dəyişikliklər

 

 

 

 

Müəssisə tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər

 

 

 

 

İstifadə edilmiş material ehtiyatları

 

-

-

 

İşçi heyəti üzrə xərclər

 

15 388,20

15 488,00

 

Amortizasiya xərcləri

 

18 753,54

19 816,00

 

Sair əməliyyat xərcləri

 

95 342,30

109 147.00

 

Fəaliyyətin dayandırılmasından mənfəətlər (zərərlər)

 

 

 

 

Əməliyyat mənfəəti (zərəri)

 

531,85

-8 712,00

63

Maliyyə gəliri

 

 

 

75

Maliyyə xərcləri

 

 

 

81

Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay

 

 

 

 

Vergiqoymadan əvvəl mənfəət (zərər)

 

531,85

 

90

Mənfəət vergisi

 

106,37

 

80

Hesabat dövründə xalis mənfəət (zərər)

 

425,48

-8 712,00

 

Hər səhm üzrə mənfəət

 

 

 

 

Azaldılmış hər səhm üzrə mənfəət

 

 

 

İH Sədri:                            B.S.Əhmədov

Baş mühasib:                     M.T.İbrahimov

22 may 2023-cü il

 

 

 

 

 

 

“ Sabunçu EİM ” ASC( VÖEN9900031461 )

            Maliyyə vəziyyəti haqqında hesabat 

                  31 dekabr 2022-ci il tarixə                                 

Bölmə /

Maddə

№-si

Bölmə / maddələrin adı

Qeydlər

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

 

1

2

3

4

5

6

7

 

 

AKTİVLƏR

 

 

 

 

 

 

1

Uzunmüddətli aktivlər

 

 

 

 

 

 

10

Qeyri-maddi aktivlər

 

 

 

 

 

 

11

Torpaq, tikili və avadanlıqlar

 

388 039,00

 

406 792,00

 

 

 

CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR

 

 

388 039,00

 

406 792,00

 

2

Qısamüddətli aktivlər

 

 

 

 

 

 

20

Ehtiyatlar

 

3 534 930,00

 

3 534 930,00

 

 

21

Qısamüddətli debitor borcları

 

558 785,37

 

437 769,48

 

 

22

Pul vəsaitləri və onların ekvivalentlərı

 

0,00

 

0,00

 

 

23

Sair qısamüddətli maliyyə aktivləri

 

 

 

 

 

 

24

Sair qısamüddətli aktivlər

 

1 557 818,88

 

1 557 818,88

 

 

 

CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR

 

 

5 651534,25

 

5 530 518,36

 

 

CƏMİ AKTİVLƏR

 

 

6 039 573,25

 

5 937 310,36

 

 

KAPİTAL VƏ ÖHDƏLİKLƏR

 

 

 

 

 

 

3

Kapital

 

 

 

 

 

 

30

Ödənilmiş nominal(nizamnamə) kapital

 

3 396 316,00

 

3 396 316,00

 

 

33

Kapital ehtiyatları

 

 

 

 

 

 

 

CƏMİ KAPİTAL

 

 

3 396 316,00

 

3 396 316,00

 

4

Uzunmüddətli öhdəliklər

 

 

 

 

 

 

40

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

 

 

 

 

 

 

43

Uzunmüddətli kreditor borcları

 

 

 

 

 

 

44

Sair uzunmüddətli öhdəliklər

 

577 839,36

 

505 219,36

 

 

 

CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

 

 

577 839,36

 

505 219,36

 

5

Qısamüddətli öhdəliklər

 

 

 

 

 

 

50

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

 

 

 

 

 

 

51

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

 

 

 

 

 

 

52

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

 

 

 

 

 

 

53

Qısamüddətli kreditor borcları

 

 

 

 

 

 

54

Sair qısamüddətli öhdəliklər

 

2 065 417,89

 

2 035 775,00

 

 

 

CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

 

 

2 065 417,89

 

2 035 775,00

 

 

CƏMİ ÖHDƏLİKLƏR

 

 

2 643 257,25

 

2 540 994,36

 

 

CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR

 

 

6 039 573,25

 

5 937 310,36

 

 

İH Sədri:                            B.S.Əhmədov

Baş mühasib:                     M.T.İbrahimov

22may 2023-cü il

 

“ Sabunçu EİM ” ASC( VÖEN9900031461 )

 

 Kapitalda dəyişikliklər haqqında hesabat 

 

31 dekabr 2022-ci il tarixə

 

 

Qeyd

2022

2021

İlin əvvəlinə kapital

 

3 396 316,00

3 396 316,00

İllik artım/çatışmamazlıq

 

0.00

0,00

İlin sonuna kapital

 

3 396 316,00

3 396 316,00

 

İH Sədri:                            B.S.Əhmədov

 Baş mühasib:                     M.T.İbrahimov

22 may 2023-cü il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“ Sabunçu EİM ” ASC( VÖEN9900031461 )

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

31 dekabr  2022-ci il tarixdə bitən il ərzində

 

                                                                                                                          Azərbaycan manatı ilə

 

 

Bölmə/Maddə

Qeyd

2022-ci il

2021-ci il

 

Hesabat dövründə mənfəət/zərər

27

531,85

 

 

Mənfəət vergisi üzrə xərclər

27

(106,37)

 

 

Qeyri pul maddələri üzrə gəlirlər və xərclər

 

 

 

 

-əsas vəsaitlərin amortizasiyası

7

18 753,00

19 816,65

 

-qeyri maddi aktivlərin amortizasiyası

8

 

 

 

-əsas vəsaitlərin satışından və xaricolmasından gəlirlər/xərclər

7

 

 

 

Dövriyyə kapitalında dəyişiklər

 

19 175,48

19 816,65

 

-ehtiyatlar üzrə artım/azalma

10

-

 

 

-qısa müddətli debitor borclarda artım/azalma

11

(121 015,89)

 

 

-sair qısamüddətli aktivlərdə artım/azalma

12,14

 

 

 

-vergi və digər məcburi ödənişlər üzrə

16

 

 

 

-qısamüddətli kreditor borcların da artım/azalma

17

72 620,00

-19 816,65

 

-sair qısamüddətli öhdəliklər üzrə

18

29 642,89

 

 

-Əməliyyat fəaliyyəti ilə əlaqədar  pul vəsaitlərinin  fövqəladə daxilolmaları və xaricolmaları

 

-425,48

 

 

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

 

-19 175,48

-19 816,65

 

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

 

 

 

 

-Əsas vəsaitlərin alınması

7

 

 

 

-QMA alınması üçün

 

 

 

 

İnvestisiya fəaliyyətindənyaranan pul vəsaitlərinin xalis  hərəkəti

 

 

 

 

Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti

 

 

 

 

-mülkiyyətçinin kapital qoyuluşu

19

 

 

 

-alınmış bank kreditləri üzrə

15

 

 

 

Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti

 

 

 

 

Pul vəsaitlərinin və bank over draft larının xalis artımı/azalması

 

-

-

 

İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları

 

-

-

 

İlin sonuna pul vəsaitləri və bank overdraftları

 

-

-

 

İl ərzində artım/azalma

 

-

-

 

 

İH Sədri:                            B.S.Əhmədov

     Baş mühasib:                     M.T.İbrahimov

22may 2023-cü il

 

 

 

“ Sabunçu EİM ” ASC( VÖEN9900031461 )

31 dekabr 2022-ci il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər

 

Maliyyə hesabatlarına şərhlər və qeydlər.

 

  1. Giriş

 

Hazırkı maliyyə hesabatları 31 dekabr 2022-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “ Sabunçu EİM ” ASCüçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış açıq səhmdar cəmiyyətdir.

 

1.1.Cəmiyyət haqqında ümumi məlumat.

Cəmiyyət Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən  31.10.2001 -ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 30.05.2018-ci ildən“ Sabunçu EİM ” ASC adlandırılmışdır.Dövlət qeydiyyat No (VÖEN) 9900031461 Cəmiyyətin səhmlərinin 100 %  Əmlak Məsələləri Dövlət Komitəsinə, məxsusdur. 31.12.2022-ci il tarixə Nizamnamə kapitalı 3 396 316,00(üç milyon üç yüz doxsan altı min üç yüz on altı)  manat təşkil edir.

Cəmiyyətin İH Sədri: Əhmədov Bəhruz Sarıoğlu,

Cəmiyyətin baş mühasibi : İbrahimov Məmmədcəfər Tağı oğlu

Cəmiyyətin əsas fəaliyyəti: Sənaye.

 

1.2.Cəmiyyətin hüquqi ünvanı

Cəmiyyətin hüquqi ünvanı aşağıdakı kimidir:

AZ1027, Azərbaycan Respublikası, Bakı şəhəri , Sabunçu rayonu , İ.Aslanov küç.ev 5

 

1.3.Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

 

  1. Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan  bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Bununla yanaşı, 2020-ci ilin ilk aylarından başlamış koronavirus infeksiyasının yayılması qlobal bazarda ciddi qeyri-stabilliyə səbəb olmuşdur. Bu, digər amillərlə birlikdə neft qiymətinin və birja indekslərinin kəskin düşməsinə səbəb olmuşdur. Bu hadisələr Azərbaycandakı biznes mühitində qeyri-müəyyənlik səviyyəsini daha da artırmışdır.

Maliyyə hesabatlarında Azərbaycandakı biznes mühitinin Cəmiyyətin fəaliyyətinə və maliyyə vəziyyətinə təsiri Cəmiyyət rəhbərliyi tərəfindən qiymətləndirilir. Gələcəkdə biznes mühiti rəhbərliyin cari qiymətləndirməsindən fərqlənə bilər.

 

3.Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir. 

 

3.1.Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

 

Cəmiyyət mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

Maliyyə icrası, maliyyə vəziyyəti hesabatları hazirlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsiplərinəəsaslanaraq hazırlanmışdır.

2022-ci ildə MHBS-da əsas dəyişikliklər

2022-ci il yanvarın 1-dən bir sıra MHBS-lara düzəlişlər qüvvəyə minmişir.

 MHBS 3 Biznes Birləşməsi - Konseptual Çərçivəyə yeni istinad MHBS 3 Müəssisələrin Birləşməsi Müəssisələrin birləşməsi üçün uçot tələblərini dəyişdirmədən Maliyyə Hesabatlarının Konseptual Çərçivəsinə (indi 2001-ci il əvəzinə 2018-ci il istinadı) istinadı yenilədi. Yeni arayış biznes birləşməsində aktiv və ya öhdəliyin nədən ibarət olduğunu müəyyən etməyə imkan verir. Bundan əlavə, MHBS 3 öhdəliklər vəşərti öhdəliklər üçün yeni azadlığa malikdir. MHBS 3-ü tətbiq edən müəssisə 2018-ci il üzrə Maliyyə Hesabatlarının Konseptual Çərçivəsinə deyil, BMS 37 və ya BMHŞK 21 Müəyyən növ öhdəliklər üzrəödənişlərə istinad etməlidir. Bu istisna olmadan, müəssisə müəssisələrin birləşməsi zamanı 37 №-li  MUBS-a uyğun tanımayacağı bəzi öhdəlikləri tanımalı olacaq. Həmçinin, alıcıdan 37 №-li MUBS-da müəyyən edilmişşərti aktivləri alış tarixində tanıması tələb olunmur. MUBS 16 Əsas, tikili və avadanlıqlar –İstifadədən əvvəl gəlir 16 №-li MUBS-a əsasən, aktivin ilkin dəyərinə onun çatdırılması və istifadəyə hazırlanmasıüçün hər hansı xərclər, o cümlədən aktivin düzgün işləməsinin yoxlanılması xərcləri daxildir.

16 №-li MUBS-a düzəliş

müəssisələrə aktivi istifadəyə hazırlayarkən istehsal edilmişəşyaların və ya məhsulların satışından əldə edilmiş məbləğlərin torpaq, tikili və avadanlıqların ilkin dəyərindən çıxılmasını qadağan edir. Bunun əvəzinə, müəssisə bu cür satışlardan əldə edilən gəlirləri xərclərlə birlikdə mənfəət və ya zərərdə tanımalıdır. Belə aktivlərin dəyərini ölçmək üçün müəssisə, amortizasiya istisna olmaqla, Ehtiyatlar haqqında 2 №-li  MUBS-u tətbiq etməlidir, çünki aktiv hələ təyinatıüzrə istifadəyə hazır deyil.

37 №-li -li MUBS-a düzəlişlər - Ağır müqavilələr və müqavilənin yerinə yetirilməsinin dəyəri “Qiymətləndirilmişöhdəliklər, şərti öhdəliklər vəşərti aktivlər” adlı 37 №-li MUBS-a əsasən, öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qaçınılmaz məsrəflər gözlənilən iqtisadi səmərələrdən artıq olduqda müqavilə ağır hesab edilir. Dəyişiklik müqavilənin gəlirsizliyini qiymətləndirərkən şirkətin hansı xərcləri daxil etməli olduğunu müəyyən edir. Beləliklə, müqavilənin icrası ilə bağlı birbaşa xərclərə aşağıdakılar daxildir: belə bir müqavilənin icrasıüçün əlavə xərclər (məsələn, əmək və

materiallar üçün birbaşa xərclər); müqavilələrin icrası ilə birbaşa əlaqəli olan digər xərclərin bölüşdürülməsi (məsələn, müqavilənin yerinə yetirilməsi üçün istifadə olunan əsas, tikili və avadanlıq obyekti üzrə amortizasiya ayırmalarının bölüşdürülməsi). Bəzi müəssisələr əvvəllər yalnız əlavə məsrəfləri icra məsrəflərinə daxil etdiyinə görə, düzəliş ağır müqavilələr üçün böyük məbləğdə ehtiyatın tanınmasına imkan verir.

 

3.2.Valyutaların yenidən hesablanması

(a)   Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b)   Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fəqqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. 

 

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.   

 

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərclər, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

 

Xarici valyuta məzənnələri

Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir:

 

                                             31 dekabr 2022-ci il                         31 dekabr 2021-ci il

 

1 ABŞ dolları                           1.7000 AZN                                        1.7000 AZN

1 Avro                                      2.0890 AZN                                        2.0890 AZN

 

3.3.Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

(a)   Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;

(b)   Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizsiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi  qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan dütün cari təmir və istismar xəcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

 

3.4.Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya  azalan qalıq dəyəri  metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. İllik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Binalar –  7%

- Maşın avadanlıq –  20%

- İT avadanlıqları –  25%

- Nəqliyyat vasitələri – 25%

- Mebel və təsərrüfat inventarları –  20%

- Sair əsas vəsaitlər –  20%

Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaricolmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaricolmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

 

3.5. Qeyri-maddi aktivlər

3.6.Qeyri-maddi aktivlər onların alınması və tətbiq edilməsi üçün çəkilmiş xərclərin əsasında kapitallaşdırılır.  Müəyyən faydalı xidmət müddətinə malik olmaqla faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.

 

3.7.Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur  və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərirsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

(a)   Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;

(b)   Istifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

 

3.8.İnvestisiyalar

Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

-          Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;

-          Borc vəsaitləri və debitor borcları,

-          İnvestisiyalar;

-          Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

(a)   Ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa, və ya  onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

(b)   Borc vəsaitləri və debitor borcları

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir.  Onlar o vaxt yaranırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müdəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında “Debitor borcları” maddəsinin tərkibində əks etdirilmişlər.

(c)   Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar

Ödəmə müdətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin  onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

(d)   Satış üçün nəzərdə tutulmuş maiyyə aktivləri

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya  digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tətib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

3.9.Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.   

3.10.        Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları  üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərqdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.11.        Pul vəsaitləri və onların ekvivalentləri

 

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cuzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.  

3.12.        Səhmdar kapital

Səhmlər (paylar) kapital kimi təsnifləşdirilir.

Yeni səhmlərin (payların) buraxılması ilə əlaqədar olan xərclər kapitalın tərkibində əks etdirilir.

 

3.13.        Kreditlər bə borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla,  ədalətli dəyər üzrə tanınır. 

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsion kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətinədən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz  hüququ olaması halları istisna olmaqla,  qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

 

3.14.        Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.  

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifdə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə  onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi,  aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respunlikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.    

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

 

3.15.        Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

-          Cəmiyyət keşmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;

-          Ehtimallar vardır ki, bu öhdəliklərin səhmana salınması üçün pul vəsaitlərinin axını labüddür;

-          Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablana bilir.

Resturukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmır.   

 

3.16.        Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

(a)   Satış, iş və xidmətlərin göstərilməsindən gəlirlər

Satışdan (iş və xidmətlərin göstərilməsindən) gəlirlər o hesabat dövrünə aid edilir ki, bu satış (iş və xidmətlər) həyata keçirilmişdir və satış (iş və xidmət) üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcminin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

(b)   Faiz gəlirləri

Faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.

(c)   Dividend gəlirləri

Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

 

3.17.        İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə  bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

 

3.18.        Dividendlərin verilməsi

Cəmiyyətin səhmdarlarına dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətnun səhmdarları tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

Hesabat dövründə Cəmiyyətin təsisçilərinə dividendlər elan edilməmiş və ödənilməmişdir.

 

  1. Maliyyə risklərinin idarə edilməsi

 

4.1.Maliyyə riskərinin faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

  1. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Cəmiyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir.Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

5.1.Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.    

5.2.Binaların yenidən qiymətləndirilməsi

Hər bir balans tarixində Cəmiyyətin binalarının ədalətli dəyərinin balans hesabatında əks etdirilməsi məqsədilə, rəhbərlik binaların yenidənqiymətləndirilməsi üzrə əsas əldə etmək məqsədilə müstəqil qiymətləndirmə hesabatının tələb olunduğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür.

5.3.Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə məruz qalır.

 

  1. Yeni və yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi

·         Yeni və yenidən işlənmiş standartların tətbiqinin təsiri. Yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlərin tətbiqinin 31 dekabr 2022-ci il və 31 dekabr 2021-ci il tarixlərinə Cəmiyyətin maliyyə vəziyyətinə və həmin tarixdə tamamlanan illər üçün əməliyyat nəticələrinə təsiri əhəmiyyətli dərəcədə olmamışdır. 

  1. Torpaq, tikili və avadanlıqlar

 

 

 

 

 

Əsas vəsait

31 dekabr 2021-ci il tarixinə qalıq dəyəri

 

 

 

 

406 792,00

31 dekabr 2022-ci il tarixinə qalıq dəyəri

 

 

 

 

388 039,00

 

  1. Qeyri-maddi aktivlər Cəmi

 

 

 

 

31 dekabr 2021-ciil tarixinə balans dəyəri

 

 

0,00

31 dekabr 2022-ci il tarixinə balans dəyəri

 

 

0,00

 

  1. Uzunmüddətli maliyyə aktivləri

 

31.12.2022

31.12.2021

 

 

 

 

0,00

0,00

 

 

 

  1. Ehtiyatlar

 

 

31.12.2022

31.12.2021

 

 

 

 

3 534 930,00

3 534 930 ,00

 

  1. Qısamüddətli debitor borcları

 

 

 

 

 

 

 

 

31.12.2022

31.12.2021

Alıcı və sifarişçilərin qısamüddətli debitor borcları

 

 

Sair qısamüddətli debitor borcları

558 785,37

437769,00

 

  1. Sair qısamüddətli aktivlər

 

 

31.12.2022

31.12.2021

Əvəzləşdiriləcək ƏDV  

0,00

0,00

Gələcək dövrün xərcləri

0,00

0,00

Malğöndərənlərə ödənilmiş qısamüddətli avanslar

-

-

Vergilər üzrə ödənilmiş avanslar

-

-

Təhtəlhesab şəxslərə ödənilmiş avanslar

Bitməmiş istehsal

Hazır məhsul

-

0,00

0,00

-

0,00

0,00

 

 

 

  1. Pul vəsaitləri və onların ekvivalentləri

 

 

31.12.2022

31.12.2021

Kassada olan nağd pul vəsaitləri

0,00

0,00

Bank hesablarında pul vəsaitləri

Sair hesablar

0,00

0,00

0,00

0,00

Bank hesablarında pul vəsaitlərindən:

 

 

·         Milli valyutada bank hesabları

 

 

·         Xarici valyutalarda bank hesabları

 

 

 

 

 

 

  1. Sair qısamüddətli maliyyə aktivləri

 

 

31.12.2022

31.12.2021

 

 

 

 

0,00

0,00

 

 

  1. Faiz xərcləri yaradan qısamüddətli öhdəliklər

 

 

31.12.2022

31.12.2021

Qısamüddətli bank kreditləri

0,00

0,00

 

 

 

 

  1. Vergi və digər məcburi ödənişlər öhdəliklər

 

 

31.12.2022

31.12.2021

Vergilər  üzrə öhdəliklər

 253 692,36

 181 072,36

Sosial sığorta üzrə öhdəliklər

0,00

0,00

  1. Qısamüddətli kreditor borcları

 

 

31.12.2022

31.12.2021

Malgöndərən və podratçılara qısamüddətli kreditor borcları

0,00

0,00

İşçi heyətinə qısamüddətli kreditor borcları

0,00

0,00

İcarə üzrə qısamüddətli kreditor borcları

-

-

Digər qısamüddətli kreditor borcları

Alıcılar və sifarişçilərdən alınmış avanslar

233 288,00

90 859,00

233 288,00

90 859,00

 

  1. Sair qısamüddətli öhdəliklər

 

31.12.2022

31.12.2021

Alınmış qısamüddətli avanslar

 

-

Təhtəlhesab şəxslərə q/m borclar

Digər öhdəliklər

 

2 065 417,89

-

2 035 775,00

 

 

  1. Səhmdar (nizamnamə) kapitalı

 

 

 

 

31 dekabr 2021-ci il tarixinə 

 

 

3 396 316,0

31 dekabr 2022-ci il tarixinə 

 

 

3 396 316,0

 

 

  1. Kapital ehtiyatları

 

 

 

 

 

 

 

Cəmi kapital ehtiyatları

31 dekabr 2021-ci il tarixinə 

 

 

 

0,0

31 dekabr 2022-ci il tarixinə 

 

 

 

0,0

 

 

  1. Əsas əməliyyat gəlirləri

 

2022

2021

Digər satışından gəlirlər

1 560,00

43 734,00

İcarədən gəlirlər

128 455,89

92 005,00

 

  1. Maliyyə gəlirlərinin elementləri

 

 

2022

2021

Depozit faiz gəlirləri

0

0

 

 

 

  1. Fövqəladə gəlirlər

 

2022

2021

Valyuta məzənnə fərqlərindən gəlirlər

0

0

Aşkar olunmuş maddi qiymətlilər üzrə gəlirlər

0

0

Digər gəlirlər

0

0

 

  1. Satışın maya dəyəri və əməliyyat xərcləri

 

2022

2021

Əməliyyat xərcləri:

 

 

İşçi heyəti üzrə xərclər -  əmək haqqı

(12 360,00)

(12 360,00)

İşçi heyəti üzrə xərclər – sosial sığorta ayırmaları

(3 028,20)

(3 128,00)

Amortizasiya ayırmaları - əsas vəsaitlər

(18 753,54)

(19 816,65)

Mal material

(0,00)

(0,00)

Su və kanalizasiya

(771,19)

(330,00)

Elektrik enerjisi

(70 616,38)

(89 922,00)

Rabitə

(280,68)

(0,00)

Vergilər

(18 703,86)

(18 895,00)

Qaz xərci

Bank xidməti üzrə xərclər

Sığorta xərcləri

Su və kanalizasiya xərcləri

Nəqliyyat xərcləri

Digər xərclər

(3 002,55)

(-)

(1 967,64)

(-)

(-)

(-)

(-)

(0,00)

(-)

(-)

(-)

(-)

(-)

 

(129 484,04)

(144 451,00)

 

 

 

 

  1. Fövqəladə xərclərin elementləri

 

 

2022

2021

Məzənnə fərqlərindən zərərlər

-

-

Nümayəndəlik xərcləri

 

 

Digər fövqəladə xərclər

 

 

 

  1. Maliyyə xərclərinin elementləri

 

2022

2021

Bank kreditləri və qarantiyalar üzrə faizlər

 

 

  1. Mənfəət vergisi

 

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

 

2022

2021

Cari mənfəət vergisi xərci

-

-

Təxirə salınmış vergi üzrə

 

 

 

 

 

İl üzrə mənfəət vergisi xərci

 

 

 

 

MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövriyyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsində 20% (2022-cı il- 20%) qeydə alınır.

  1. Səhm (pay) üzrə mənfəət

 

 

2022

2021

İl üzrə xalis mənfəət

531,85

-8 712,00

 

 

 

Dövriyyədə olan adi səhmlərin (payların) orta çəkili sayı (ədəd)

 

 

 

 

 

1 səhm (pay) üzrə əsas mənfəət (manatla)

 

 

 

  1. Əlaqəli tərəflərlə əməliyyatlar

Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərələrdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

  1. Risklərin idarə edilməsi

Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.    

 

Kredit riski

Cəmiyyətin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir.

 

Bazar riski

Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazada daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

 

Faiz dərəcəsi riski

Cəmiyyətin bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli maraq xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, maraq normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

 

  1. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcək hadisə baş verməmişdir.