Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı
Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə 19 sentyabr 2014-cü il tarixində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə uyğun olaraq, “Xəzər-M Qaz” Məhdud Məsuliyyətli Cəmiyyəti “Ceyranbatan Polimer Materialları” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 300 000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən 4 mərhələ üzrə 2 il ərzində 1 000 000manatməbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürmüşdür. Nəzərdə tutulan investisiyalarköhnə avadanlıq və qurğuların demontajı, inzibati bina və sexlərin əsaslı təmiri, infrastruktur (elektrik enerjisi, su, qaz və kanalizasiya) və abadlıq işləri, texniki qaz qurğuları və mebel və inventarların alınmasına sərf ediləcəkdir.
İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə müxtəlif növ texniki və sənaye qazlarının (maye azot, maye arqon, karbon-dioksid və s.) istehsalı təşkil olunacaq, 55 yeni iş yeri yaradılacaqdır.