Təxirə salınmış hərraclar barədə elan
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən gömrük hərracına çıxarılan dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin satışı üzrə 23 iyun 2023-cü il tarixində saat 10:00-da, xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə 23 iyun 2023-ci il tarixində saat 11:00-da, müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə 23 iyun 2023-cü il tarixində saat 11:30-da keçirilməsi nəzərdə tutulan hərraclar təxirə salındığından hərracların 14 iyul 2023-cü il tarixində qeyd olunmuş saatlarda keçirilməsi nəzərdə tutulmuşdur.