23 iyun tarixində keçirilməsi nəzərdə tutulan hərracların təxirə salınması barədə məlumat
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən gömrük hərracına çıxarılan dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin satışı üzrə 23 iyun 2023-cü il tarixində saat 10:00-da, xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə 23 iyun 2023-ci il tarixində saat 11:00-da, müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə 23 iyun 2023-cü il tarixində saat 11:30-da keçiriləcək hərraclar qeyri-müəyyən tarixədək təxirə salınmışdır.
Hərracın keçirilmə vaxtı barədə Xidmətin rəsmi saytında elan yerləşdiriləcək.