11 may 2023-cü il tarixində keçirilmiş qeyri-yaşayış sahəsinin icarəyə verilməsi üzrə müsabiqənin nəticələri barədə MƏLUMAT
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin balansında olan Hacıqabul rayonunun altı kəndində yerləşən qeyri - yaşayış sahələrinin (daşınmaz dövlət əmlakı obyektilərinin) icarəyə verilməsi üzrə müsabiqənin keçiriləcəyi elan edilmişdir.
Hacıqabul rayonu, Abduabad kəndi ünvanında yerləşən qeyri - yaşayış sahəsi ilə bağlı müsabiqədə iştirak etmək üçün bir sıra fiziki və hüquqi şəxslər tərəfindən Müsabiqə komissiyasına sifariş və müsabiqə təklifləri təqdim edilmişdir.
Müsabiqəyə çıxarılmış həmin obyektin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyası tərəfindən 11.05.2023-cü il tarixində Şirvan şəhərində keçirilən müsabiqə zamanı müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edilmişdir.
Hacıqabul rayonu, Abduabad kəndi ünvanında yerləşən 19,2.m. qeyri-yaşayış sahəsi üzrə - Həsənov Nuruş Qafur oğlu qalib olmuşdur.
Müsabiqəyə çıxarılmış Hacıqabul rayonu üzrə digər kəndlərdə yerləşən qeyri - yaşayış sahələri (daşınmaz dövlət əmlakı obyektiləri) ilə bağlı sifariş daxil olmamışdır.