“Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyətinin güzəştli satışı barədə MƏLUMAT
9 iyun 2023-cü il tarixindən 3 iyul 2023-cü il tarixinədək Şəki şəhəri, Məmmədəmin Rəsulzadə prospekti, 1690 ünvanında yerləşən “Şəki SES” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının dəyərinin 15% hissəsinin (290 835.0 manat) əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı keçiriləcəkdir.
Qeyd: Güzəştli satış Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanında ("Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs) güzəştli satış komissiyası tərəfindən keçiriləcəkdir.
Güzəştli satışın keçirilməsi haqqında əlavə məlumatları "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsdən (telefon: 012-311-01-60), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsindən (telefon: 02424-4-26-10) almaq olar.