Çin şirkətinə sənaye zonalarındakı əlverişli işgüzar mühit, ölkəmizin “yaşıl” enerji potensialı, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə məlumat verilib.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov “China International Energy Sources Group Co., Ltd.” şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Çin şirkətləri ilə işgüzar dialoqun genişlənməsinin önəmi bildirilib, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsində reallaşdırılan və perspektiv layihələr barədə məlumat verilib.

Tərəflər Azərbaycanın “yaşıl” enerji potensialı, azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.


Qeyd: 2021-ci ildə yaradılmış “China Energy International Group Co., Ltd.” Çinin aparıcı şirkətlərindəndir. Şirkət “yaşıl” enerji və aşağı karbonlu enerji layihələrinin inkişafı üçün ümumi həllər və xidmətlər təqdim edir.