İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Təşkil edilən hərracda 2 səhmdar cəmiyyətin səhm paketi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 23-də hərrac keçirilib. Hərracda “Sabirabad Təmir-tikinti” ASC-nin 44,82 faizlik və “Ucar ağac emalı” ASC-nin 30,06 faizlik səhm paketi satılıb.

Hərracda 3 500 manat ilkin start qiyməti ilə təklif edilən “Volkswagen Passat” markalı avtomobil 4 210 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.  

-------------------------------------------------------------------------------------------------------------------------------

Qeyd: Mayın 30-da təşkil olunacaq növbəti hərraca 40 dövlət əmlakı çıxarılacaq. Bunlardan 3-ü səhmdar cəmiyyətinin səhm paketi, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.