23 iyun 2023-cü il tarixində saat 10:00-da gömrük hərracına çıxarılan dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin siyahısı
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən gömrük hərracına çıxarılan dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin satışı üzrə 23 iyun 2023-cü il tarixində saat 10:00-da, xüsusi müsadirə edilmiş əmlakların satışı üzrə 23 iyun 2023-ci il tarixində saat 11:00-da, müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə 23 iyun 2023-cü il tarixində saat 11:30-da keçiriləcək hərraclar qeyri-müəyyən tarixədək təxirə salınmışdır.
Hərracın keçirilmə vaxtı barədə Xidmətin rəsmi saytında elan yerləşdiriləcək.
S/N | Nəqliyyat vasitəsinin adı | Əlaqəli şəxs | Start qiyməti (manatla) | 5% beh (manatla) |
1 | Ford Transit 350L | Xanbabayev Emin 0552997673 | 8500 | 425 |
2 | Toyota Land Cruiser | Xanbabayev Emin 0552997673 | 7000 | 350 |
3 | Toyota Land Cruiser | Xanbabayev Emin 0552997673 | 8000 | 400 |
4 | Mitsubishi L200 | Xanbabayev Emin 0552997673 | 6000 | 300 |
Hərrac 23 iyun 2023-cü il tarixində saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir. | ||||
Qeyd: • Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 5%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (hər həftənin cümə günü, saat 14:00-17:00). Əmlaklar "Azərterminalkompleks" Birliyinin anbarında yerləşir. • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.4-cü bəndinə əsasən gömrük hərraclarında iştiraka görə hərrac iştirakçılarından əmlakın ilkin satış qiymətinin 0,5 faizindən çox olmamaq şərtilə iştirak haqqı alınır. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər. · Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.2-ci bəndinə əsasən Gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər. • Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 5% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 iş günü qalanadək qəbul edilir. • Sifarişə aşağıdakı sənədlər əlavə edilməlidir: - hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarışın surəti; - fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti; - aşağıdakı hesaba 5% behin köçürülməsini təsdiq edən sənədin surəti; |
Behin ödənilməsi üçün hesab nömrəsi: İştirak haqqının ödənilməsi üçün hesab nömrəsi: | ||||
Müştəri adı HƏRRACLARIN TƏŞKİLİ MƏRKƏZİ PHŞ VÖEN 1505677031 Hesab nömrəsi AZ23AZRT38090049440265368001 Alanın bankı Azər-Türk Bank Müştəri Xidmətləri Mərkəzi Ünvan Bakı şəhəri, C.Məmmədquluzadə küç.85; 192/193 Bankın kodu 507699 VÖEN 9900006111 Müxbir hesab AZ02NABZ01350100000000022944 SWIFT kod AZRTAZ22XXX | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi Hüquqi ünvanı:Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat –Maştağa şossesi, sol kənar 3 Hesab №-si: AZ87PAHA38090AZNHC0100070889 VÖEN: 1802077241 Bank: “PAŞA BANK” ASC Kodu: 505141 VÖEN: 1700767721 S.W.I.F.T : PAHAAZ22 M/h: AZ82NABZ01350100000000071944 |
Ünvan: Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk 20 | |||
Tel: 195-1 |